Surə 17 · Cüz 15
Al-Isra · 17:109
وَيَخِرُّونَ لِلْأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًا ۩
109. Onlar üzüqoylu düşüb ağlayır və bu ayələr onların itaətini artırır.
Təfsir
Onlar Allah qorxusundan ağlayaraq üzüqoylu yerə qapanıb Allah üçün səcdə edərlər. Quranı dinləmələri və onun ayələrinin mənaları barədə düşünmələri onların Allaha itaətini və Ondan qorxmalarını bir daha da artırar.