Surə 17 · Cüz 15
Al-Isra · 17:108
وَيَقُولُونَ سُبْحَانَ رَبِّنَا إِنْ كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولًا
108. və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”– deyirlər.
Təfsir
Onlar səcdədə ikən: "Rəbbimiz vədinə müxalif olmaqdan pak və ucadır! Onun Muhəmmədi (sallallahu aleyhi və səlləm) peyğəmbər olaraq göndərmə vədi haqqdır. Rəbbimizin bu və bundan başqa verdiyi vədlər mütləq yerinə yetəcəkdir!" – deyərlər.