Surə 18 · Cüz 15

Al-Kahf · 18:22

سَيَقُولُونَ ثَلَاثَةٌ رَابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًا بِالْغَيْبِ ۖ وَيَقُولُونَ سَبْعَةٌ وَثَامِنُهُمْ كَلْبُهُمْ ۚ قُلْ رَبِّي أَعْلَمُ بِعِدَّتِهِمْ مَا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌ ۗ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَاءً ظَاهِرًا وَلَا تَسْتَفْتِ فِيهِمْ مِنْهُمْ أَحَدًا

22. Bəziləri: “Onlar üçdür, dör­dün­cü­sü köpəkləridir!”– de­yəcək­lər. Digərləri isə “On­lar beş­dir, altıncısı köpəklə­ri­dir!”– de­yəcək­lər. Bu­nunla da qeyb haq­qında təxmini fikir yürü­də­cək­lər. Bəzi­ləri də: “On­lar yed­di­dir, səkki­zincisi kö­pəklə­ri­dir!”– de­yəcək­lər. De: “On­la­­rın sa­yını Rəbbim daha yaxşı bilir. İnsan­lardan bunu bilən çox az­dır!” Mağara əhli ba­rədə açıq mü­ba­hisə et (ayələrə əsaslan) və ki­­tab əhli­nin heç bi­rindən on­lar barədə bir şey soruşma!

Təfsir

Mağarada yuxuya dalan gənclərin sayı barədə münaqişə edənlərdən bəziləri: "Onlar üç kişidir, dör­dün­cü­sü isə köpəkləridir!" – de­yəcək­lər. Digərləri isə "On­lar beş kişi­dir, altıncısı isə köpəklə­ri­dir!" – de­yəcək­lər. Bu­ iki dəstə nə söyləmişsə, bunların hər ikisi də zənnə qapanaraq, bilmədikləri bir şeyi təxmin edərək söyləyəmişdilər. Bəzi­ləri də: "On­lar yed­di­ kişi­dir, səkki­zincisi isə kö­pəklə­ri­dir!" – de­yəcək­lər. Ey Peyğəmbər! Onlara belə de: "On­la­­rın sa­yını Rəbbim daha yaxşı bilir. Rəbbin bildirdiyi kimsələr müstəsna olmaqla insan­lardan onların sayının nə qədər olduğunu bilən çox az­dır. Sən nə onların sayı və nə də başqa halları barədə, istər Kitab əhli ilə istərsədə ki qeyriləri ilə açıq-aydın bir şəkildə və çox da dərinə varmadan və Allahın onlar barədə sənə nazil etdiyi ayələrə istinad edərək mübahisə et. Kitab əhli və ya başqalarından əshabi-kəhf barədə bir şey soruşma, çünki onlar bu hekayət haqqında heç bir elmə sahib deyillər!"

Oxuyucuda aç - Surəni tam oxu