Surə 18 · Cüz 15
Al-Kahf · 18:23
وَلَا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَٰلِكَ غَدًا
23. Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə!
Təfsir
Ey Peyğəmbər! Sabah etmək istədiyin bir iş barəsində: "Mən sabah onu mütləq edəcəyəm!" – demə! Çünki sən, sabah həmin işi edə biləcəyini və ya o işi etməyə sənə hər hansı bir maneənin çıxacağını bilmirsən. Uca Allah bu ayədə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) xitab etsədə, amma ayənin mənası hər müsəlmana aiddir.