Surə 18 · Cüz 15
Al-Kahf · 18:24
إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ وَاذْكُرْ رَبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَىٰ أَنْ يَهْدِيَنِ رَبِّي لِأَقْرَبَ مِنْ هَٰذَا رَشَدًا
24. Ancaq: “Əgər Allah istəsə!” (“inşallah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”– de.
Təfsir
Ancaq o edəcəyin hər hansı bir işi Allahın istəyinə bağlayaraq belə deməlisən: "Əgər Allah istəsə ("inşallah") o işi edəcəyəm!". İnşallah deməyi unutduğun zaman Rəbbini yada salıb: "Ümid edirəm ki, Rəbbim məni hidayət və müvəffəqiyyət baxımından bundan daha yaxın olan bir yola yönəltsin" – de.