Surə 18 · Cüz 15

Opening of Al-Kahf · Al-Kahf 18:10

إِذْ أَوَى الْفِتْيَةُ إِلَى الْكَهْفِ فَقَالُوا رَبَّنَا آتِنَا مِنْ لَدُنْكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا

10. Bir zaman gənclər ma­ğa­raya sığı­nıb: “Ey Rəbbimiz! Bi­zə Öz tə­rəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– de­miş­dilər.

Təfsir

Ey Peyğəmbər! Bir zaman özlərinin haqq dininə görə qaçıb ma­ğa­raya sığı­nan, Allaha iman etmiş mömin gənclərin özlərinin Rəbbinə dua edərək: "Ey Rəbbimiz! Bi­zə Öz tə­rəfindən mərhəmət əta et, günahlarımızı bağışla. Bizi düşmənlərimizdən qoru və kafirlərdən qaçıb hicrət və Sənə iman etdiyimizə görə haqq və düzgün yola yönəlməmiz üçün bizi hidayət yoluna yönəlt!" – dediklərini yadına sal.

Oxuyucuda aç - Surəni tam oxu