Surə 18 · Cüz 16
Al-Kahf · 18:106
ذَٰلِكَ جَزَاؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوا وَاتَّخَذُوا آيَاتِي وَرُسُلِي هُزُوًا
106. Kafir olduqlarına, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarına görə onların cəzası Cəhənnəmdir.
Təfsir
Allahı inkar etmələrinə və elçilərimə nazil etdiyim ayələrimi lağlağıya qoyduqlarına görə onlar üçün hazırlanmış cəza – Cəhənnəmdir.