Surə 18 · Cüz 15
Al-Kahf · 18:34
وَكَانَ لَهُ ثَمَرٌ فَقَالَ لِصَاحِبِهِ وَهُوَ يُحَاوِرُهُ أَنَا أَكْثَرُ مِنْكَ مَالًا وَأَعَزُّ نَفَرًا
34. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!”– dedi.
Təfsir
İki bağa sahib olan kimsənin, bu iki bağdan başqa mal-dövləti, meyvəsi və gəliri də var idi. Bundan dolayı o, özünü mömin yoldaşından üstün tutaraq, qürürlu bir halda ona: "Mən mal-dövlət və sərvətcə səndən daha zəngin və qəbilə, qohum-əqraba cəhətdən də səndən daha qüvvətliyəm!" – dedi.