Surə 18 · Cüz 16
Al-Kahf · 18:86
حَتَّىٰ إِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِي عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِنْدَهَا قَوْمًا ۗ قُلْنَا يَا ذَا الْقَرْنَيْنِ إِمَّا أَنْ تُعَذِّبَ وَإِمَّا أَنْ تَتَّخِذَ فِيهِمْ حُسْنًا
86. Nəhayət, günəşin qürub etdiyi yerə gəlib çatdıqda onu qara palçıqlı bir yerdə batan gördü. Zülqərneyn onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”
Təfsir
Zülqərneyn yer üzündə gəzib dolaşdı və nəhayət, günəşin qürub etdiyi yerə gəlib çatdıqda, o, günəşi, baxan insanın sanki qara palçıqlı qaynar bir bulaqda batan gördü. Zülqərneyn bu zaman orada kafir bir qövmə rast gəldi. Biz ona seçim verərək belə buyurduq: "Ey Zülqərneyn! Sən ya onları öldürməli, ya da başqa cür cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!"