Surə 18 · Cüz 15

Al-Kahf · 18:36

وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِنْ رُدِدْتُ إِلَىٰ رَبِّي لَأَجِدَنَّ خَيْرًا مِنْهَا مُنْقَلَبًا

36. O Saatın (Qiyamət gününün) gələcəyini də zənn etmi­rəm. Rəbbimin ya­nı­na qay­tarılmalı ol­sam, söz­süz ki, bundan daha firavan bir hə­yat qis­mə­tim olacaq!”

Təfsir

Qiyamət gününün gələcəyini də heç zənn etmi­rəm. Yaşadığımız bu dünya həyatı əbədi olan bir həyatdır. Öldükdən sonra təkrarən dirilib, Rəbbimin ya­nı­na qay­tarılmağı fərz etmiş olsam, təkrarən dirildiyimdən sonra qayıdacağım yerdə söz­süz ki, bundan daha gözəl bir bağım olacaq. Dünyada zəngin olan, öldükdən sonra yenidən dirildikdə də zəngin olar!"

Oxuyucuda aç - Surəni tam oxu