Surə 18 · Cüz 15

Al-Kahf · 18:58

وَرَبُّكَ الْغَفُورُ ذُو الرَّحْمَةِ ۖ لَوْ يُؤَاخِذُهُمْ بِمَا كَسَبُوا لَعَجَّلَ لَهُمُ الْعَذَابَ ۚ بَلْ لَهُمْ مَوْعِدٌ لَنْ يَجِدُوا مِنْ دُونِهِ مَوْئِلًا

58. Rəbbin Bağışlayandır, mər­həmət sahibidir. Əgər Allah onla­rı qazan­dıqları günahlara görə cəza­landırsaydı, onların əzabını tez­ləş­dirərdi. Lakin on­­ların öz vaxtı var. Əzab gə­ləcəyi vaxt onlar heç bir sığına­caq tapa bilməyəcəklər.

Təfsir

Peyğəmbər -sallallahu aleyhi və səlləm- onu təkzib edənlərə tez bir zamanda əzabın gəlməsini istəməməsi üçün Uca Allah ona belə buyurmuşdur: "Ey Peyğəmbər! Rəbbin Ona tövbə edən qullarının günahlarını bağışlayandır. Mər­həmət sahibidir. Onun mərhəməti hər şeyi ehtiva etmişdir. Günahkarların tövbə etmələrini ümid edərək onlara möhlət verməsi də, Uca Allahın Öz qullarına olan mər­həmətindəndir. Əgər Uca Allah Ondan üz çevirən qullarına əzabı tezləşdirsəydi, bu zaman onla­rı dünya həyatında cəzalandırmış olardı. Lakin O, həlimdir, rəhimlidir, qulları tövbə etsinlər deyə əzabı onlardan gecikdirər. Əksinə, onlar tövbə etməyəcəkləri təqdirdə, etdikləri küfrlərə və haqdan uzaqlaşdıqlarına görə cəzasını almaları üçün əvvəlcədən təyin edilmiş məkan və zaman vardır. Əzab gə­ləcəyi vaxt onlar Allahdan başqa heç bir sığına­caq tapa bilməyəcəklər.

Oxuyucuda aç - Surəni tam oxu