Surə 18 · Cüz 15
Al-Kahf · 18:57
وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ فَأَعْرَضَ عَنْهَا وَنَسِيَ مَا قَدَّمَتْ يَدَاهُ ۚ إِنَّا جَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۖ وَإِنْ تَدْعُهُمْ إِلَى الْهُدَىٰ فَلَنْ يَهْتَدُوا إِذًا أَبَدًا
57. Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər.
Təfsir
Rəbbinin ayələri yadına salınarkən oradakı əzab vədinə önəm verməyən, o ayələrdə zikir edilənlərdən öyüd-nəsihət almaqdan üz döndərən, dünya həyatında etmiş olduğu küfrləri və günahları unudub və bunlardan tövbə etməyən kimsədən də daha zalım kim ola bilər?! Bu sifətlərə sahib olan kimsələrin qəlblərinə Quranı anlamasınlar deyə örtüklər çəkdik, qulaqlarına da tıxaclar vurduq. Onlar bu səbəbdən Quranı dinləyib qəbul edə bilməzlər. Sən onları nə qədər doğru yola çağırsan da, qəlblərindəki örtüklər və qulaqlarında maneələr olduğu müddətcə onlar heç vaxt sənin çağırışını eşidib iman etməzlər.