Surə 18 · Cüz 16

Al-Kahf · 18:98

قَالَ هَٰذَا رَحْمَةٌ مِنْ رَبِّي ۖ فَإِذَا جَاءَ وَعْدُ رَبِّي جَعَلَهُ دَكَّاءَ ۖ وَكَانَ وَعْدُ رَبِّي حَقًّا

98. Zülqərneyn dedi: “Bu, Rəb­bim­dən olan bir mərhəmət­dir. Rəb­­bimin vədi gəldikdə isə onu yerlə yeksan edəcək­dir. Rəb­bi­min vədi həqiqətdir”.

Təfsir

Zülqərneyn dedi: "Bu sədd, Yəcuc-Məcüc tayfalarının yer üzündə fitnə-fəsad törməmələri və bu işdə onlara mane olmaları üçün Rəb­bim­dən olan bir mərhəmət­dir. Qiyamət saatı qopmazdan əvvəl uca Allahın onların çıxması üçün təyin etdiyi vaxt gəldikdə isə, onu yerlə bərabər edəcək­dir. Uca Allahın səddi yerlə bərabər etməsi, Yəcuc-Məcüc tayfalarının oradan çıxıb, yer üzünə səpələnməsinə dair verdiyi vədi həqiqətdir və bu haqda heç bir ixtilaf ola bilməz!"

Oxuyucuda aç - Surəni tam oxu