Surə 18 · Cüz 15

Al-Kahf · 18:55

وَمَا مَنَعَ النَّاسَ أَنْ يُؤْمِنُوا إِذْ جَاءَهُمُ الْهُدَىٰ وَيَسْتَغْفِرُوا رَبَّهُمْ إِلَّا أَنْ تَأْتِيَهُمْ سُنَّةُ الْأَوَّلِينَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ قُبُلًا

55. İnsanlara doğru yol gös­təricisi gəldiyi zaman onla­rın iman gə­tirmələ­rinə və Rəbbin­dən bağışlanma di­ləmə­lərinə səbəb yalnız əv­­vəlkilərin ba­şı­na gələn­lərin onların da başına gəl­məsini, yaxud da gözləri gö­rə-görə əza­bın gə­lib onlara ye­tişməsini gözləmə­lə­ri ma­­ne ol­du.

Təfsir

İnadkarlıq edən kafirlərin Muhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Rəbbindən gətirdiyi haqqa iman etmələrinə və günahlarına görə Allahdan bağışlanma diləmələrinə mane olan səbəb heç də verilən izahların naqisliyinə görə deyildir. Artıq Quranda onlar üçün kifayət qədər məsəllər çəkilib, öyüd-nəsihətlər verilmiş və açıq-aydın dəlillər göndərilmişdir. Onların iman etmələrinə mane olan səbəb, inadkarlıqla özlərindən əvvəlki ümmətlərin başlarına gələn əzabın öz başlarına gəlməsini və onlara vəd edilən əzabın da öz gözləri ilə görmələrini istəmələri oldu.

Oxuyucuda aç - Surəni tam oxu