Al-Ahzab

سورة الأحزاب

Surə 33 · Mədani · 73 ayə

33:1Cüz 21 · s. 418

يَا أَيُّهَا النَّبِيُّ اتَّقِ اللَّهَ وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا1

1. Ey Peyğəmbər! Allahdan qorx, ka­firlərə və münafiqlərə itaət et­mə. Hə­qi­qətən, Allah hər şeyi biləndir, hikmət sahibidir.
33:2Cüz 21 · s. 418

وَاتَّبِعْ مَا يُوحَىٰ إِلَيْكَ مِنْ رَبِّكَ ۚ إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا2

2. Rəbbindən sənə vəhy olu­nana tabe ol! Həqiqətən, Allah nə et­dik­lərinizdən xəbərdar­dır.
33:3Cüz 21 · s. 418

وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا3

3. Allaha təvəkkül et! Alla­hın Qo­ru­yan olması sənə yetər.
33:4Cüz 21 · s. 418

مَا جَعَلَ اللَّهُ لِرَجُلٍ مِنْ قَلْبَيْنِ فِي جَوْفِهِ ۚ وَمَا جَعَلَ أَزْوَاجَكُمُ اللَّائِي تُظَاهِرُونَ مِنْهُنَّ أُمَّهَاتِكُمْ ۚ وَمَا جَعَلَ أَدْعِيَاءَكُمْ أَبْنَاءَكُمْ ۚ ذَٰلِكُمْ قَوْلُكُمْ بِأَفْوَاهِكُمْ ۖ وَاللَّهُ يَقُولُ الْحَقَّ وَهُوَ يَهْدِي السَّبِيلَ4

4. Allah bir adamın daxilin­də iki ürək yaratmamışdır. Allah ana­ya bənzədərək özünüzə ha­ram etdiyiniz zövcələrinizi ana­ları­nız et­mə­miş, oğulluğa gö­tür­dük­lə­ri­nizi də oğullarınız etmə­mişdir. Bun­lar si­zin dili­ni­zə gə­tirdi­yiniz yalan söz­lər­dir. Allah isə haqqı de­yir və doğ­ru yola yönəl­dir.
33:5Cüz 21 · s. 418

ادْعُوهُمْ لِآبَائِهِمْ هُوَ أَقْسَطُ عِنْدَ اللَّهِ ۚ فَإِنْ لَمْ تَعْلَمُوا آبَاءَهُمْ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَمَوَالِيكُمْ ۚ وَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ فِيمَا أَخْطَأْتُمْ بِهِ وَلَٰكِنْ مَا تَعَمَّدَتْ قُلُوبُكُمْ ۚ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا5

5. Oğulluğa götürdüyünüz uşaq­ları öz atalarının adları ilə ça­ğı­rın. Bu, Allah yanında da­ha əda­lət­li­dir. Atalarını ta­nı­ma­sa­nız, on­lar si­zin din qardaşla­rı­nız və yaxın­larınızdır. Səh­vən etdiyiniz əməl­lər­də sizə heç bir günah yox­dur. Lakin qəl­bini­zin qəsdlə etdiyi iş­lər­dən ötrü sizə günah var. Allah Bağış­la­yandır, Rəhm­lidir.
33:6Cüz 21 · s. 418

النَّبِيُّ أَوْلَىٰ بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ ۖ وَأَزْوَاجُهُ أُمَّهَاتُهُمْ ۗ وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ مِنَ الْمُؤْمِنِينَ وَالْمُهَاجِرِينَ إِلَّا أَنْ تَفْعَلُوا إِلَىٰ أَوْلِيَائِكُمْ مَعْرُوفًا ۚ كَانَ ذَٰلِكَ فِي الْكِتَابِ مَسْطُورًا6

6. Peyğəmbər möminlərə on­ların öz­lə­rindən daha yaxın­dır. Zöv­cələri isə mö­minlərin ana­larıdır. Qohumlar Allahın ya­zı­sına gö­rə bir-birlərinə mö­min­lər­dən və mühacirlərdən daha yaxın­dır­lar. Dostlarınıza yax­şı­lıq etmək isə istis­na­dır. Bunlar Kitabda ya­zıl­mışdır.
33:7Cüz 21 · s. 419

وَإِذْ أَخَذْنَا مِنَ النَّبِيِّينَ مِيثَاقَهُمْ وَمِنْكَ وَمِنْ نُوحٍ وَإِبْرَاهِيمَ وَمُوسَىٰ وَعِيسَى ابْنِ مَرْيَمَ ۖ وَأَخَذْنَا مِنْهُمْ مِيثَاقًا غَلِيظًا7

7. Bir zaman Biz peyğəm­bərlərdən əhd almışdıq; səndən də, Nuh­dan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsa­dan da! Biz onlar­dan möh­kəm bir əhd almışdıq.
33:8Cüz 21 · s. 419

لِيَسْأَلَ الصَّادِقِينَ عَنْ صِدْقِهِمْ ۚ وَأَعَدَّ لِلْكَافِرِينَ عَذَابًا أَلِيمًا8

8. Belə etmişik ki, Allah doğ­ru danışan­lardan doğruluq­ları ba­rə­də soruşsun, ka­fir­lər üçün isə ağrılı-acılı bir əzab ha­zırlasın.
33:9Cüz 21 · s. 419

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَاءَتْكُمْ جُنُودٌ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا وَجُنُودًا لَمْ تَرَوْهَا ۚ وَكَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا9

9. Ey iman gətirənlər! Alla­hın sizə gös­tərdiyi iltifatını xa­tır­la­yın. O za­man ki, düşmən or­dusu sizin üstünüzə hücuma keçmişdi, Biz də onların üs­tü­nə külək və görmədiyiniz qo­şunlar gön­dər­miş­dik. Allah si­zin nə etdiyinizi görür.
33:10Cüz 21 · s. 419

إِذْ جَاءُوكُمْ مِنْ فَوْقِكُمْ وَمِنْ أَسْفَلَ مِنْكُمْ وَإِذْ زَاغَتِ الْأَبْصَارُ وَبَلَغَتِ الْقُلُوبُ الْحَنَاجِرَ وَتَظُنُّونَ بِاللَّهِ الظُّنُونَا10

10. O zaman onlar sizin həm yuxarı, həm də aşağı tərəfi­niz­dən üs­tü­nüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bə­rəlmiş, ürəklər xirt­dəyə çatmış və siz də Allah barəsində zənnə qapıl­mış­dınız.
33:11Cüz 21 · s. 419

هُنَالِكَ ابْتُلِيَ الْمُؤْمِنُونَ وَزُلْزِلُوا زِلْزَالًا شَدِيدًا11

11. Orada möminlər imta­hana çəkil­miş və güclü sarsın­tıya mə­ruz qalmış­dılar.
33:12Cüz 21 · s. 419

وَإِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ مَا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ إِلَّا غُرُورًا12

12. O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bi­zə ancaq ya­lan vəd vermişdir”– deyir­di­lər.
33:13Cüz 21 · s. 419

وَإِذْ قَالَتْ طَائِفَةٌ مِنْهُمْ يَا أَهْلَ يَثْرِبَ لَا مُقَامَ لَكُمْ فَارْجِعُوا ۚ وَيَسْتَأْذِنُ فَرِيقٌ مِنْهُمُ النَّبِيَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوْرَةٌ وَمَا هِيَ بِعَوْرَةٍ ۖ إِنْ يُرِيدُونَ إِلَّا فِرَارًا13

13. Onlardan bir dəstə de­miş­di: “Ey Yəsrib əhli! Siz mü­qa­vi­mət gös­tərə bil­məyəcəksi­niz. Geri qayıdın!” İçərilərin­dən bir qismi isə: “Ev­lərimiz nəzarətsiz qalıb”– deyərək Pey­ğəmbərdən izin istə­yir­di. Hal­buki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq is­tə­yir­di­lər.
33:14Cüz 21 · s. 419

وَلَوْ دُخِلَتْ عَلَيْهِمْ مِنْ أَقْطَارِهَا ثُمَّ سُئِلُوا الْفِتْنَةَ لَآتَوْهَا وَمَا تَلَبَّثُوا بِهَا إِلَّا يَسِيرًا14

14. Əgər Mədinənin hər tə­rəfindən üst­lərinə hücum edil­səydi, son­ra da on­lardan fitnə törətmək (imandan dön­mək) tələb olun­say­dı, onu mütləq edər və cüzi şey istisna olmaq­la bunda ləngi­məz­dilər.
33:15Cüz 21 · s. 419

وَلَقَدْ كَانُوا عَاهَدُوا اللَّهَ مِنْ قَبْلُ لَا يُوَلُّونَ الْأَدْبَارَ ۚ وَكَانَ عَهْدُ اللَّهِ مَسْئُولًا15

15. Baxmayaraq ki, onlar bun­dan əv­vəl cihaddan boyun qa­çır­ma­yacaqlarına dair Allaha söz vermişdilər. Onlar Alla­ha ver­dik­lə­ri sözə görə sorğu-sual olu­nacaqlar.
33:16Cüz 21 · s. 420

قُلْ لَنْ يَنْفَعَكُمُ الْفِرَارُ إِنْ فَرَرْتُمْ مِنَ الْمَوْتِ أَوِ الْقَتْلِ وَإِذًا لَا تُمَتَّعُونَ إِلَّا قَلِيلًا16

16. De: “Əgər ölməkdən və ya öldü­rülməkdən qaçırsı­nız­sa, bu qaçmağın sizə əsla faydası olmaz. Belə olduğu təq­dirdə siz an­caq əcəliniz çatana qədər çox az bir müddət ər­zin­də gün-gü­zə­ran gö­rəcəksiniz”.
33:17Cüz 21 · s. 420

قُلْ مَنْ ذَا الَّذِي يَعْصِمُكُمْ مِنَ اللَّهِ إِنْ أَرَادَ بِكُمْ سُوءًا أَوْ أَرَادَ بِكُمْ رَحْمَةً ۚ وَلَا يَجِدُونَ لَهُمْ مِنْ دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا17

17. De: “Əgər Allah sizə bir pislik et­mək istəyərsə, sizi On­dan kim qoruya bi­lər? Ya da si­zə bir yaxşılıq etmək is­tə­sə, Ona kim ma­ne ola bilər?” On­lar öz­lə­ri üçün Allahdan başqa nə bir hi­ma­yə­çi, nə də bir yar­dımçı tapa bilər­lər.
33:18Cüz 21 · s. 420

۞ قَدْ يَعْلَمُ اللَّهُ الْمُعَوِّقِينَ مِنْكُمْ وَالْقَائِلِينَ لِإِخْوَانِهِمْ هَلُمَّ إِلَيْنَا ۖ وَلَا يَأْتُونَ الْبَأْسَ إِلَّا قَلِيلًا18

18. Allah aranızdan camaatı cihaddan çəkindirənləri və öz qar­daş­larına: “Bizə qoşulun!”– deyənləri tanıyır. Onlar na­dir hallarda dö­yü­şə qatılırlar.
33:19Cüz 21 · s. 420

أَشِحَّةً عَلَيْكُمْ ۖ فَإِذَا جَاءَ الْخَوْفُ رَأَيْتَهُمْ يَنْظُرُونَ إِلَيْكَ تَدُورُ أَعْيُنُهُمْ كَالَّذِي يُغْشَىٰ عَلَيْهِ مِنَ الْمَوْتِ ۖ فَإِذَا ذَهَبَ الْخَوْفُ سَلَقُوكُمْ بِأَلْسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى الْخَيْرِ ۚ أُولَٰئِكَ لَمْ يُؤْمِنُوا فَأَحْبَطَ اللَّهُ أَعْمَالَهُمْ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا19

19. Çünki sizə qarşı xəsislik edirlər. Onlara qorxu gəldik­də, ölüm ayağında bayılan adam kimi, dönüb sənə bax­dıq­larını gö­rür­sən. Qorxu keçib getdik­də isə qənimətdə xəsislik edib acı dil­lə­ri ilə səni sancırlar. On­lar iman gətir­məmiş­lər. Allah da onların əməl­lərini puç et­miş­dir. Bu, Allah üçün asan­dır.
33:20Cüz 21 · s. 420

يَحْسَبُونَ الْأَحْزَابَ لَمْ يَذْهَبُوا ۖ وَإِنْ يَأْتِ الْأَحْزَابُ يَوَدُّوا لَوْ أَنَّهُمْ بَادُونَ فِي الْأَعْرَابِ يَسْأَلُونَ عَنْ أَنْبَائِكُمْ ۖ وَلَوْ كَانُوا فِيكُمْ مَا قَاتَلُوا إِلَّا قَلِيلًا20

20. Münafiqlər müttəfiqlərin çıxıb get­mədiklərini güman edir­lər. Əgər müt­tə­fiqlər bir də gəlmiş olsaydı, onlar bə­dəvilər ara­sın­da kö­çəri həyat sürüb ba­rənizdəki xəbərləri soruşub öy­rənmək is­tə­yərdilər. Hərgah ara­nızda olsaydılar, ancaq aza­­cıq döyüşərdilər.
33:21Cüz 21 · s. 420

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا21

21. Allahın Rəsulu sizlərə – Allaha və Axirət gününə ümi­dini bağ­layanlara və Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir.
33:22Cüz 21 · s. 420

وَلَمَّا رَأَى الْمُؤْمِنُونَ الْأَحْزَابَ قَالُوا هَٰذَا مَا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ وَصَدَقَ اللَّهُ وَرَسُولُهُ ۚ وَمَا زَادَهُمْ إِلَّا إِيمَانًا وَتَسْلِيمًا22

22. Möminlər müttəfiqləri (düşmən dəstələrini) gör­dükdə: “Bu, Allahın və Onun Rəsulunun bizə olan vədidir. Allah və Onun Rəsulu doğru söy­lə­miş­lər!”– dedilər. Bu on­ların yal­nız imanını və itaətini artırdı.
33:23Cüz 21 · s. 421

مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُمْ مَنْ قَضَىٰ نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ ۖ وَمَا بَدَّلُوا تَبْدِيلًا23

23. Möminlərin içərisində Alla­ha et­dikləri əhdə sadiq qa­lan ki­şi­lər var. Onlardan ki­misi əh­di­ni yerinə yetirib şə­hid olmuş, ki­mi­si də şəhid olma­sını göz­ləyir. On­lar əhdlə­rini əsla dəyiş­dir­mə­yib­lər.
33:24Cüz 21 · s. 421

لِيَجْزِيَ اللَّهُ الصَّادِقِينَ بِصِدْقِهِمْ وَيُعَذِّبَ الْمُنَافِقِينَ إِنْ شَاءَ أَوْ يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا24

24. Bu ona görədir ki, Allah doğru da­nışanları doğruluqla­rına gö­rə mükafat­lan­dırsın, mü­na­fiqlərə də ya istəsə əzab versin, ya da on­ların tövbə­ləri­ni qəbul etsin. Həqiqətən, Allah Bağış­layandır, Rəhm­lidir.
33:25Cüz 21 · s. 421

وَرَدَّ اللَّهُ الَّذِينَ كَفَرُوا بِغَيْظِهِمْ لَمْ يَنَالُوا خَيْرًا ۚ وَكَفَى اللَّهُ الْمُؤْمِنِينَ الْقِتَالَ ۚ وَكَانَ اللَّهُ قَوِيًّا عَزِيزًا25

25. Allah kafirləri qəzəbli ol­duqları halda geri qaytardı və onlar heç bir xeyrə nail ol­ma­dılar. Döyüşdə Allah mö­min­lərə kifayət et­di. Allah Qüv­vət­li­dir, Qüdrətlidir.
33:26Cüz 21 · s. 421

وَأَنْزَلَ الَّذِينَ ظَاهَرُوهُمْ مِنْ أَهْلِ الْكِتَابِ مِنْ صَيَاصِيهِمْ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ فَرِيقًا تَقْتُلُونَ وَتَأْسِرُونَ فَرِيقًا26

26. Allah Kitab əhlindən müt­təfiqlərə yardım edənləri öz qa­la­la­rından endir­di və onların qəlbinə qorxu saldı. Siz on­la­rın bir qis­mi­ni öldürür, bir qis­mi­ni də əsir götürürdünüz.
33:27Cüz 21 · s. 421

وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَارَهُمْ وَأَمْوَالَهُمْ وَأَرْضًا لَمْ تَطَئُوهَا ۚ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرًا27

27. Allah sizi onların yerlə­rinə, yurd­larına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir.
33:28Cüz 21 · s. 421

يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ إِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا فَتَعَالَيْنَ أُمَتِّعْكُنَّ وَأُسَرِّحْكُنَّ سَرَاحًا جَمِيلًا28

28. Ey Peyğəmbər! Zövcə­lərinə de: “Əgər siz dünya hə­yatını və onun bər­bəzəyini is­təyirsinizsə, gəlin sizi dünya ma­lıyla məmnun edib gö­zəl tərzdə sər­bəst buraxım.
33:29Cüz 21 · s. 421

وَإِنْ كُنْتُنَّ تُرِدْنَ اللَّهَ وَرَسُولَهُ وَالدَّارَ الْآخِرَةَ فَإِنَّ اللَّهَ أَعَدَّ لِلْمُحْسِنَاتِ مِنْكُنَّ أَجْرًا عَظِيمًا29

29. Yox, əgər Allahı, Onun Rəsulunu və Axirət yurdunu is­tə­yir­si­niz­sə, bilin ki, Allah ara­nızdan yaxşı işlər görənlər üçün böyük bir mü­ka­fat hazırla­mış­dır”.
33:30Cüz 21 · s. 421

يَا نِسَاءَ النَّبِيِّ مَنْ يَأْتِ مِنْكُنَّ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ يُضَاعَفْ لَهَا الْعَذَابُ ضِعْفَيْنِ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا30

30. Ey Peyğəmbərin zövcə­ləri! Siz­lərdən hər kim açıq-aş­kar bir çir­kin iş görsə, onun əza­bı ikiqat artar. Bu, Allah üçün asandır.
33:31Cüz 22 · s. 422

۞ وَمَنْ يَقْنُتْ مِنْكُنَّ لِلَّهِ وَرَسُولِهِ وَتَعْمَلْ صَالِحًا نُؤْتِهَا أَجْرَهَا مَرَّتَيْنِ وَأَعْتَدْنَا لَهَا رِزْقًا كَرِيمًا31

31. Sizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib yax­şı iş­lər görsə, ona müka­fatını ikiqat verərik. Biz onun üçün bol ruzi ha­zırla­mışıq.
33:32Cüz 22 · s. 422

يَا نِسَاءَ النَّبِيِّ لَسْتُنَّ كَأَحَدٍ مِنَ النِّسَاءِ ۚ إِنِ اتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلًا مَعْرُوفًا32

32. Ey Peyğəmbərin zövcə­lə­ri! Siz hər hansı bir qadın kimi de­yil­si­niz. Əgər Allahdan qor­xursunuzsa, yad kişilərlə naz­la­na-naz­la­na danışmayın, yoxsa qəl­bində xəstəlik olan kəs tamaha düşər. Şə­ri­ə­tə mü­vafiq qayda­da danışın.
33:33Cüz 22 · s. 422

وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَىٰ ۖ وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا33

33. Evlərinizdə qərar tutun! İlk ca­hi­liyyə dövründə olduğu ki­mi açıq-saçıq gəzməyin. Na­maz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Ey ev əhli! Allah sizdən günahı­nızı silib apar­maq və sizi tər­təmiz etmək istəyir.
33:34Cüz 22 · s. 422

وَاذْكُرْنَ مَا يُتْلَىٰ فِي بُيُوتِكُنَّ مِنْ آيَاتِ اللَّهِ وَالْحِكْمَةِ ۚ إِنَّ اللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا34

34. Evlərinizdə oxunan Alla­hın ayə­lə­rini və hikməti yada salın. Hə­qiqətən, Allah Lütf­kardır, hər şeydən Xəbərdar­dır.
33:35Cüz 22 · s. 422

إِنَّ الْمُسْلِمِينَ وَالْمُسْلِمَاتِ وَالْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَالْقَانِتِينَ وَالْقَانِتَاتِ وَالصَّادِقِينَ وَالصَّادِقَاتِ وَالصَّابِرِينَ وَالصَّابِرَاتِ وَالْخَاشِعِينَ وَالْخَاشِعَاتِ وَالْمُتَصَدِّقِينَ وَالْمُتَصَدِّقَاتِ وَالصَّائِمِينَ وَالصَّائِمَاتِ وَالْحَافِظِينَ فُرُوجَهُمْ وَالْحَافِظَاتِ وَالذَّاكِرِينَ اللَّهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللَّهُ لَهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِيمًا35

35. Həqiqətən, müsəlman ki­şilər və müsəlman qadınlar, mö­min kişilər və mömin qa­dın­lar, müti kişilər və müti qa­dınlar, doğ­ru danışan kişilər və doğ­ru danışan qadınlar, səbirli kişi­lər və sə­bir­li qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadın­lar, sədəqə ve­rən kişilər və sə­dəqə verən qadın­lar, oruc tu­tan ki­şilər və oruc tu­tan qa­dınlar, ismətlərini qo­ruyan ki­şi­lər və ismətlərini qoruyan qa­dınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah ba­ğış­lan­ma və bö­yük mükafat hazırla­mışdır.
33:36Cüz 22 · s. 423

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ ۗ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُبِينًا36

36. Allah və Onun Rəsulu bir işə hökm verdiyi zaman heç bir mö­min kişi və mö­min qa­dın öz işlərində istədikləri qə­­rarı verə bil­məz­lər. Allaha və Onun Rəsuluna asi olan kəs, əl­bəttə ki, açıq-ay­dın az­ğınlığa düşmüşdür.
33:37Cüz 22 · s. 423

وَإِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللَّهَ وَتُخْفِي فِي نَفْسِكَ مَا اللَّهُ مُبْدِيهِ وَتَخْشَى النَّاسَ وَاللَّهُ أَحَقُّ أَنْ تَخْشَاهُ ۖ فَلَمَّا قَضَىٰ زَيْدٌ مِنْهَا وَطَرًا زَوَّجْنَاكَهَا لِكَيْ لَا يَكُونَ عَلَى الْمُؤْمِنِينَ حَرَجٌ فِي أَزْوَاجِ أَدْعِيَائِهِمْ إِذَا قَضَوْا مِنْهُنَّ وَطَرًا ۚ وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا37

37. Bir zaman Allahın ne­mət verdiyi və sənin özünün nemət ver­diyin Zeydə: “Zövcəni öz ya­nında saxla, Allahdan qorx!”– de­yir­din. Alla­hın aşkar edəcə­yi şeyi ürəyində gizli sax­la­yır və insan­lar­dan çəkinirdin. Hal­buki əs­lində qorx­malı oldu­ğun məhz Allah­dır. Zeyd zövcəsini boşadıqda səni onun­la evlən­dir­dik ki, oğul­luq­ları öv­rətlərini bo­şadıqları za­man o qadınlarla evlən­mək­də mö­min­lərə heç bir sıxıntı ol­masın. Allahın əmri mütləq ye­rinə ye­tə­cək­.
33:38Cüz 22 · s. 423

مَا كَانَ عَلَى النَّبِيِّ مِنْ حَرَجٍ فِيمَا فَرَضَ اللَّهُ لَهُ ۖ سُنَّةَ اللَّهِ فِي الَّذِينَ خَلَوْا مِنْ قَبْلُ ۚ وَكَانَ أَمْرُ اللَّهِ قَدَرًا مَقْدُورًا38

38. Allahın Peyğəmbərə ha­lal buyur­duğu bir şeydə ona heç bir gü­nah gəl­məz. Öncə gə­lib-gedənlər haqqında da Alla­hın qayda-qa­nunu belə idi. Alla­hın əmri əzəldən müəyyən edil­miş bir hökm­dür.
33:39Cüz 22 · s. 423

الَّذِينَ يُبَلِّغُونَ رِسَالَاتِ اللَّهِ وَيَخْشَوْنَهُ وَلَا يَخْشَوْنَ أَحَدًا إِلَّا اللَّهَ ۗ وَكَفَىٰ بِاللَّهِ حَسِيبًا39

39. Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allah­dan başqa heç kəsdən qorx­murdular. Allah Özü haqq-hesab çək­mə­yə yetər.
33:40Cüz 22 · s. 423

مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَٰكِنْ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ ۗ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا40

40. Muhəmməd aranızdakı kişilər­dən heç birinin atası de­yil. La­kin o, Allahın rəsulu və peyğəmbərlərin so­nun­cu­su­­dur. Allah hər şeyi bilir.
33:41Cüz 22 · s. 423

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا41

41. Ey iman gətirənlər! Alla­hı çox-çox yada salın!
33:42Cüz 22 · s. 423

وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا42

42. Səhər-axşam Onun şəni­nə təriflər deyin!
33:43Cüz 22 · s. 423

هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ لِيُخْرِجَكُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَكَانَ بِالْمُؤْمِنِينَ رَحِيمًا43

43. Sizi zülmətlərdən nura çıxart­maq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma dilə­yir­lər. Allah mö­min­lərə qarşı Rəhm­lidir.
33:44Cüz 22 · s. 424

تَحِيَّتُهُمْ يَوْمَ يَلْقَوْنَهُ سَلَامٌ ۚ وَأَعَدَّ لَهُمْ أَجْرًا كَرِيمًا44

44. Möminlərin Ona qovu­şa­caqları gün xeyir-duaları “sa­lam” ola­caq­. Allah onlara ol­duq­ca gözəl mükafat ha­zır­la­mış­dır.
33:45Cüz 22 · s. 424

يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَرْسَلْنَاكَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا45

45. Ey Peyğəmbər! Həqiqə­tən, Biz səni şahid, müjdəçi və xə­bər­dar edən olaraq göndər­dik.
33:46Cüz 22 · s. 424

وَدَاعِيًا إِلَى اللَّهِ بِإِذْنِهِ وَسِرَاجًا مُنِيرًا46

46. Səni həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq ki­mi göndərdik.
33:47Cüz 22 · s. 424

وَبَشِّرِ الْمُؤْمِنِينَ بِأَنَّ لَهُمْ مِنَ اللَّهِ فَضْلًا كَبِيرًا47

47. Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır.
33:48Cüz 22 · s. 424

وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ وَدَعْ أَذَاهُمْ وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا48

48. Kafirlərə və münafiqlərə itaət et­mə. Onların əziyyət­lə­ri­nə fi­kir vermə və Allaha tə­vək­kül et. Allahın Qoruyan ol­ma­sı ki­fa­yət­dir.
33:49Cüz 22 · s. 424

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَكَحْتُمُ الْمُؤْمِنَاتِ ثُمَّ طَلَّقْتُمُوهُنَّ مِنْ قَبْلِ أَنْ تَمَسُّوهُنَّ فَمَا لَكُمْ عَلَيْهِنَّ مِنْ عِدَّةٍ تَعْتَدُّونَهَا ۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحًا جَمِيلًا49

49. Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, son­ra da onlara toxunmazdan əvvəl talaqlarını ver­sə­niz, ar­tıq onlar üçün göz­ləmə müd­dəti­ni saymağa – onları yanınızda saxlama­ğa haq­qınız yoxdur. Be­lə olduğu təqdirdə on­lara talaq haqlarını verin və onları gözəl tərz­də sərbəst buraxın.
33:50Cüz 22 · s. 424

يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَحْلَلْنَا لَكَ أَزْوَاجَكَ اللَّاتِي آتَيْتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتْ يَمِينُكَ مِمَّا أَفَاءَ اللَّهُ عَلَيْكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّاتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَالَاتِكَ اللَّاتِي هَاجَرْنَ مَعَكَ وَامْرَأَةً مُؤْمِنَةً إِنْ وَهَبَتْ نَفْسَهَا لِلنَّبِيِّ إِنْ أَرَادَ النَّبِيُّ أَنْ يَسْتَنْكِحَهَا خَالِصَةً لَكَ مِنْ دُونِ الْمُؤْمِنِينَ ۗ قَدْ عَلِمْنَا مَا فَرَضْنَا عَلَيْهِمْ فِي أَزْوَاجِهِمْ وَمَا مَلَكَتْ أَيْمَانُهُمْ لِكَيْلَا يَكُونَ عَلَيْكَ حَرَجٌ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا50

50. Ey Peyğəmbər! Mehrlə­rini ver­di­yin zövcələrini, Alla­hın sə­nə bəxş et­dik­lərindən sa­hib olduğun cariyələri, sə­nin­lə birlikdə hic­rət etmiş əmin qız­la­rı­nı, bibilərinin qızlarını, da­yın qızlarını, xa­lalarının qızla­rını, habelə Peyğəmbər onunla ev­lənmək istədiyi təq­dirdə özü­nü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qa­dı­nı sənə halal etdik. Sonun­cusu digər mö­min­lərə deyil, yalnız sənə məx­­susdur. Onlara zövcələri və sa­hib olduqları cariyələr barə­sin­də nəyi vacib buyurdu­ğu­muzu bilirik. Belə etdik ki, sənə bir çə­tin­lik olmasın. Allah Ba­ğış­layandır, Rəhmlidir.
33:51Cüz 22 · s. 425

۞ تُرْجِي مَنْ تَشَاءُ مِنْهُنَّ وَتُؤْوِي إِلَيْكَ مَنْ تَشَاءُ ۖ وَمَنِ ابْتَغَيْتَ مِمَّنْ عَزَلْتَ فَلَا جُنَاحَ عَلَيْكَ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَنْ تَقَرَّ أَعْيُنُهُنَّ وَلَا يَحْزَنَّ وَيَرْضَيْنَ بِمَا آتَيْتَهُنَّ كُلُّهُنَّ ۚ وَاللَّهُ يَعْلَمُ مَا فِي قُلُوبِكُمْ ۚ وَكَانَ اللَّهُ عَلِيمًا حَلِيمًا51

51. Onlardan istədiyinin sə­ninlə gecə­ləmək növbə­sini tə­xirə sala bi­lərsən, is­tədiyini də öz yanına ala bilərsən. Özün­­dən ayır­dıq­la­rın­dan hansı birini ye­nidən öz yanına almaq istə­sən sə­nə heç bir gü­nah olmaz. Bu, onların sevin­mə­ləri, kədər­lən­məmələri və sənin on­lara ver­diklərindən razı qalmaları üçün da­ha münasibdir. Allah qəl­­bi­nizdə olan­ları bilir. Allah hər şeyi bi­lən­dir, həlimdir.
33:52Cüz 22 · s. 425

لَا يَحِلُّ لَكَ النِّسَاءُ مِنْ بَعْدُ وَلَا أَنْ تَبَدَّلَ بِهِنَّ مِنْ أَزْوَاجٍ وَلَوْ أَعْجَبَكَ حُسْنُهُنَّ إِلَّا مَا مَلَكَتْ يَمِينُكَ ۗ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ رَقِيبًا52

52. Bundan sonra başqa qa­dınlarla evlənmək, gö­zəllikləri səni hey­ran etsə də, onları baş­qa qadınlarla dəyişmək sənə halal de­yil­dir. Sahib olduğun ca­ri­yələr isə istisnadır. Allah hər şeyə nə­zarət edən­dir.
33:53Cüz 22 · s. 425

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ إِلَّا أَنْ يُؤْذَنَ لَكُمْ إِلَىٰ طَعَامٍ غَيْرَ نَاظِرِينَ إِنَاهُ وَلَٰكِنْ إِذَا دُعِيتُمْ فَادْخُلُوا فَإِذَا طَعِمْتُمْ فَانْتَشِرُوا وَلَا مُسْتَأْنِسِينَ لِحَدِيثٍ ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ يُؤْذِي النَّبِيَّ فَيَسْتَحْيِي مِنْكُمْ ۖ وَاللَّهُ لَا يَسْتَحْيِي مِنَ الْحَقِّ ۚ وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِنْ وَرَاءِ حِجَابٍ ۚ ذَٰلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ ۚ وَمَا كَانَ لَكُمْ أَنْ تُؤْذُوا رَسُولَ اللَّهِ وَلَا أَنْ تَنْكِحُوا أَزْوَاجَهُ مِنْ بَعْدِهِ أَبَدًا ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ عِنْدَ اللَّهِ عَظِيمًا53

53. Ey iman gətirənlər! Sizə yeməyə izin veril­məyib süfrəyə də­vət olunmadıq­ca Peyğəmbə­rin evlərinə girməyin və əv­vəl­cə­dən gəlib ye­məyin hazırlan­masını da gözləməyin. Lakin dəvət olun­duqda gi­rin və ye­mək yedik­dən sonra bir-biri­nizlə söhbətə dalmadan da­ğı­­lı­şın. Çün­ki bu hərəkətiniz Pey­ğəmbəri narahat edir və o sizdən uta­nır. Allah isə sözün açığını sizə bəyan et­mək­dən utanmır. Pey­ğəm­bə­rin zöv­cələ­rin­dən bir şey is­tədik­də, pərdə arxasından istəyin. Bu həm si­zin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gə­ti­rər. Sizə Allahın El­çisini na­razı salmaq, vəfatından sonra onun hə­yat yoldaşları ilə izdi­vac et­mək qətiyyən yolve­ril­məz­dir. Hə­qi­qə­tən, bu, Allah ya­nında böyük günahdır.
33:54Cüz 22 · s. 425

إِنْ تُبْدُوا شَيْئًا أَوْ تُخْفُوهُ فَإِنَّ اللَّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا54

54. Bir şeyi aşkara çı­xarsanız da, gizli sax­lasa­nız ­da, şübhəsiz ki, Allah hər şeyi bilir.
33:55Cüz 22 · s. 426

لَا جُنَاحَ عَلَيْهِنَّ فِي آبَائِهِنَّ وَلَا أَبْنَائِهِنَّ وَلَا إِخْوَانِهِنَّ وَلَا أَبْنَاءِ إِخْوَانِهِنَّ وَلَا أَبْنَاءِ أَخَوَاتِهِنَّ وَلَا نِسَائِهِنَّ وَلَا مَا مَلَكَتْ أَيْمَانُهُنَّ ۗ وَاتَّقِينَ اللَّهَ ۚ إِنَّ اللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدًا55

55. Qadınlara ataları, oğul­ları, qar­daşları, qardaşlarının oğul­la­rı, bacı­la­rı­nın oğulları, müsəlman qadınların, sa­hib ol­duq­ları kə­niz­ləri ya­nında hicab geyməmələrində heç bir günah yox­dur. Ey qa­dın­lar, Allahdan qorxun! Şüb­həsiz ki, Allah hər şeyə şa­hid­dir.

إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا56

56. Doğrudan da, Allah və Onun mə­ləkləri Peyğəmbərə xeyir-dua verir­lər. Ey iman gə­tirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla onu sa­lam­la­yın.
33:57Cüz 22 · s. 426

إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُهِينًا57

57. Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dün­yada, həm də Axi­rətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırla­mış­dır.
33:58Cüz 22 · s. 426

وَالَّذِينَ يُؤْذُونَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ بِغَيْرِ مَا اكْتَسَبُوا فَقَدِ احْتَمَلُوا بُهْتَانًا وَإِثْمًا مُبِينًا58

58. Mömin kişiləri və mö­min qadın­ları etmədikləri bir işdən öt­rü günah­landıranlar, sözsüz ki, öz üzərlərinə böh­tanla bəra­bər açıq-aydın ağır bir günah gö­türmüşlər.
33:59Cüz 22 · s. 426

يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَنْ يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا59

59. Ey Peyğəmbər! Zövcə­lərinə, qız­larına və mömin­lə­rin qa­dın­la­rına de ki, naməhrəm ya­nında çarşabları ilə örtün­sün­lər. Bu on­la­rın tanınması və on­lara əziyyət verilməməsi üçün daha müna­sib­dir. Allah Bağış­layandır, Rəhmlidir.
33:60Cüz 22 · s. 426

۞ لَئِنْ لَمْ يَنْتَهِ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ وَالْمُرْجِفُونَ فِي الْمَدِينَةِ لَنُغْرِيَنَّكَ بِهِمْ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَا إِلَّا قَلِيلًا60

60. Əgər münafiqlər, qəlbi xəs­tə olan­lar və şəhərdə pis şa­yiələr ya­yan­lar öz ya­ra­maz əməllərinə son qoy­ma­sa­lar, səni onlara qar­şı çıx­mağa çağı­ra­rıq. Son­ra onlar orada ar­tıq səninlə an­caq qısa bir müd­dət ərzində qonşu­luq edər və
33:61Cüz 22 · s. 426

مَلْعُونِينَ ۖ أَيْنَمَا ثُقِفُوا أُخِذُوا وَقُتِّلُوا تَقْتِيلًا61

61. lənətlənmiş halda qalar­lar. Harada ələ keçsələr, yaxa­la­nıb aman­sızcasına öl­dürü­lər­lər.
33:62Cüz 22 · s. 426

سُنَّةَ اللَّهِ فِي الَّذِينَ خَلَوْا مِنْ قَبْلُ ۖ وَلَنْ تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًا62

62. Əvvəllər olub-gedənlər barəsində də Allahın hökmü belə idi. Sən Allahın qanunla­rında heç bir dəyişiklik tapa bil­məzsən.
33:63Cüz 22 · s. 427

يَسْأَلُكَ النَّاسُ عَنِ السَّاعَةِ ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِنْدَ اللَّهِ ۚ وَمَا يُدْرِيكَ لَعَلَّ السَّاعَةَ تَكُونُ قَرِيبًا63

63. Camaat sənə o Saat (Qiyamət günü) ba­rə­də sual verir. De: “Onu yal­nız Allah bilir!” Nə bilirsən, bəlkə də, o Saat lap yaxınlaş­mışdır.
33:64Cüz 22 · s. 427

إِنَّ اللَّهَ لَعَنَ الْكَافِرِينَ وَأَعَدَّ لَهُمْ سَعِيرًا64

64. Həqiqətən, Allah kafir­lə­ri lənət­ləmiş və onlar üçün yan­dırıb-ya­xan Od hazırla­mışdır.
33:65Cüz 22 · s. 427

خَالِدِينَ فِيهَا أَبَدًا ۖ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا65

65. Onlar orada əbədi qala­caq, özlə­ri­nə nə bir himayəçi, nə də bir yardımçı tapa bil­mə­yəcəklər.
33:66Cüz 22 · s. 427

يَوْمَ تُقَلَّبُ وُجُوهُهُمْ فِي النَّارِ يَقُولُونَ يَا لَيْتَنَا أَطَعْنَا اللَّهَ وَأَطَعْنَا الرَّسُولَا66

66. Üzləri odda o yan-bu ya­na dön­dəriləcəyi gün onlar de­yə­cək­lər: “Kaş biz Allaha iba­dət edəydik, Onun Elçi­si­nə ita­ətkar olay­dıq!”
33:67Cüz 22 · s. 427

وَقَالُوا رَبَّنَا إِنَّا أَطَعْنَا سَادَتَنَا وَكُبَرَاءَنَا فَأَضَلُّونَا السَّبِيلَا67

67. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və bö­yük­ləri­mizə ita­ət etdik, on­lar da bizi haqq yoldan az­dır­dılar.
33:68Cüz 22 · s. 427

رَبَّنَا آتِهِمْ ضِعْفَيْنِ مِنَ الْعَذَابِ وَالْعَنْهُمْ لَعْنًا كَبِيرًا68

68. Ey Rəbbimiz! Onları iki­qat əziy­yətə sal və onları müd­hiş bir lə­nətə mə­ruz qoy!”
33:69Cüz 22 · s. 427

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَكُونُوا كَالَّذِينَ آذَوْا مُوسَىٰ فَبَرَّأَهُ اللَّهُ مِمَّا قَالُوا ۚ وَكَانَ عِنْدَ اللَّهِ وَجِيهًا69

69. Ey iman gətirənlər! Mu­sanı in­ci­dən şəxslərə oxşama­yın. Allah onu on­ların dedik­lə­rindən təmizə çıxartdı. O, Alla­hın ya­nın­da çox ehti­ram edi­lən şəxsdir.
33:70Cüz 22 · s. 427

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلًا سَدِيدًا70

70. Ey iman gətirənlər! Allah­dan qor­xun və doğru söz da­nı­şın ki,
33:71Cüz 22 · s. 427

يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا71

71. O, sizin əməllərinizi islah et­sin və gü­nahlarınızı bağış­la­sın. Kim Allaha və Onun El­çi­sinə itaət etsə, böyük bir uğur qa­zanar.
33:72Cüz 22 · s. 427

إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَنْ يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنْسَانُ ۖ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا72

72. Biz əmanəti göylərə, ye­rə və dağ­lara təklif etdik. On­lar onu da­şımaqdan qorxub im­tina etdilər. Lakin insan onu boynuna gö­tür­dü. Doğrudan da, o, za­lım və cahildir.
33:73Cüz 22 · s. 427

لِيُعَذِّبَ اللَّهُ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْمُشْرِكِينَ وَالْمُشْرِكَاتِ وَيَتُوبَ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا73

73. Bu əmanət insana ona görə verildi ki, Allah münafiq ki­şilə­ri və mü­nafiq qadınları, müş­rik kişiləri və müşrik qa­dınları cə­za­lan­dır­sın, mömin kişilərin və mömin qadınların tövbələ­rini qəbul etsin. Allah Bağış­la­yandır, Rəhmlidir.

Surənin əvvəlindən oxut