Surə 33 · Cüz 22
Al-Ahzab · 33:59
يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَنْ يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا
59. Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir
Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, geydikləri çarşabları ilə örtünsünlər ki, övrət yerləri naməhrəm kişilər yanında görsənməsin. Bu onların azad qadın kimi tanınması və cariyələrə əziyyət verildiyi kimi, heç kəsin onlara əziyyət verməməsi üçün daha münasibdir. Allah Öz qullarından Ona tövbə edən kimsələri bağışlayandır, və onlara rəhm edəndir.