Surə 33 · Cüz 22

Al-Ahzab · 33:60

۞ لَئِنْ لَمْ يَنْتَهِ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ وَالْمُرْجِفُونَ فِي الْمَدِينَةِ لَنُغْرِيَنَّكَ بِهِمْ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَا إِلَّا قَلِيلًا

60. Əgər münafiqlər, qəlbi xəs­tə olan­lar və şəhərdə pis şa­yiələr ya­yan­lar öz ya­ra­maz əməllərinə son qoy­ma­sa­lar, səni onlara qar­şı çıx­mağa çağı­ra­rıq. Son­ra onlar orada ar­tıq səninlə an­caq qısa bir müd­dət ərzində qonşu­luq edər və

Təfsir

Əgər münafiqlər öz nifaqlarına - müsəlman olduqlarını aşkarda göstərib küfrü qəlblərində gizlətmələrinə, habelə, qəlbi xəs­tə olanlar öz nəfsi istəklərinə və bir də Mədinədə möminlərin arasını vurmaq üçün yalan xəbərlər yayanlar bu əməllərinə son qoymasalar, sənə, ey Peyğəmbər, onları cəzalandırmağı buyurar və səni onların üzərində hökmran edərik. Sonra da onlar yer üzündə fəsad törətdiklərinə görə, məhv ediləcəkləri və ya yurdlarından qovulacaqları üçün, Mədinədə səninlə an­caq az bir müd­dət ərzində qonşuluq edərlər.

Oxuyucuda aç - Surəni tam oxu