Surə 33 · Cüz 21
Al-Ahzab · 33:1
يَا أَيُّهَا النَّبِيُّ اتَّقِ اللَّهَ وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
1. Ey Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir.
Təfsir
Ey Peyğəmbər! Sən və səninlə birlikdə olanlar Allahın əmrlərini yerinə yetirib qadağan etdiklərindən çəkinərək təqva üzərində sabit qal və yalnız Allahdan qorx, kafirlərə və münafiqlərə - onların nəfsinin istəklərinə itaət etmə. Həqiqətən Allah, kafirlərin və münafiqlərin qurduğu hiylələri bilir və O, həm yaratmaq, həm də işləri idarə etməsində hikmət sahibidir.