Surə 33 · Cüz 21
Al-Ahzab · 33:28
يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ إِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا فَتَعَالَيْنَ أُمَتِّعْكُنَّ وَأُسَرِّحْكُنَّ سَرَاحًا جَمِيلًا
28. Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi dünya malıyla məmnun edib gözəl tərzdə sərbəst buraxım.
Təfsir
Ey Peyğəmbər! Zövcələrin səndən onlara daha çox mal-dövlət verməyini tələb etdikləri, sənin də onlara verməyə artıq malın olmadığı bir vaxtda zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi boşanmış qadınların məmnun qaldığı dünya malıyla məmnun edim və sizə zərər vurmadan və əziyyət vermədən sizi boşayım.