Surə 33 · Cüz 21
Al-Ahzab · 33:27
وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَارَهُمْ وَأَمْوَالَهُمْ وَأَرْضًا لَمْ تَطَئُوهَا ۚ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرًا
27. Allah sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir.
Təfsir
Allah onları məhv etdikdən sonra sizi onların torpağına - əkin sahələrinə və xurma bağlarına, habelə, onların yurdlarına və digər mallarına, üstəlik, ayağınız dəyməyən Xeybərə sahib etdi. Siz ora ayaq basacaqsınız. Bu, möminlər üçün bir vəd və müjdədir. Allah hər şeyə qadirdir. Heç bir şey Ona qalib gələ bilməz.