Surə 33 · Cüz 21
Al-Ahzab · 33:26
وَأَنْزَلَ الَّذِينَ ظَاهَرُوهُمْ مِنْ أَهْلِ الْكِتَابِ مِنْ صَيَاصِيهِمْ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ فَرِيقًا تَقْتُلُونَ وَتَأْسِرُونَ فَرِيقًا
26. Allah Kitab əhlindən müttəfiqlərə yardım edənləri öz qalalarından endirdi və onların qəlbinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz.
Təfsir
Allah yəhudilərdən müttəfiqlərə yardım edənləri düşmənlərindən qorunduqları qalalarından endirdi və onların qəlbinə qorxu saldı. Siz, ey möminlər, onların bir qismini öldürdünüz, bir qismini də əsir götürdünüz.