Surə 33 · Cüz 21

Al-Ahzab · 33:10

إِذْ جَاءُوكُمْ مِنْ فَوْقِكُمْ وَمِنْ أَسْفَلَ مِنْكُمْ وَإِذْ زَاغَتِ الْأَبْصَارُ وَبَلَغَتِ الْقُلُوبُ الْحَنَاجِرَ وَتَظُنُّونَ بِاللَّهِ الظُّنُونَا

10. O zaman onlar sizin həm yuxarı, həm də aşağı tərəfi­niz­dən üs­tü­nüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bə­rəlmiş, ürəklər xirt­dəyə çatmış və siz də Allah barəsində zənnə qapıl­mış­dınız.

Təfsir

O zaman kafirlər vadinin həm yuxarı, həm də aşağı tərəfi­n­dən - məşriq və məğrib tərəfdən sizin üstünüzə gəlmişdilər. O vaxt gözlər hər bir şeydən dönüb ancaq düşmənə yönəlmiş, həyacandan ürəklər xirt­dəyə çatmış və siz Allah barəsində müxtəlif gümanlara qapılmış­dınız. Bəzən qalib gələcəyiniz güman edir, bəzən də ümidinizi Ondan kəsirdiniz.

Oxuyucuda aç - Surəni tam oxu