Surə 33 · Cüz 21
Al-Ahzab · 33:11
هُنَالِكَ ابْتُلِيَ الْمُؤْمِنُونَ وَزُلْزِلُوا زِلْزَالًا شَدِيدًا
11. Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz qalmışdılar.
Təfsir
Xəndək döyüşündəki o məqamda möminlər düşmənlərinin hücumuna məruz qalaraq sınağa çəkilmiş və qorxudan şiddətli bir sarsıntıya məruz qalmışdılar. Bu sınaq sayəsində möminlər münafiqlərdən ayırd edilmişdir.