Surə 33 · Cüz 21

Al-Ahzab · 33:9

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَاءَتْكُمْ جُنُودٌ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا وَجُنُودًا لَمْ تَرَوْهَا ۚ وَكَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا

9. Ey iman gətirənlər! Alla­hın sizə gös­tərdiyi iltifatını xa­tır­la­yın. O za­man ki, düşmən or­dusu sizin üstünüzə hücuma keçmişdi, Biz də onların üs­tü­nə külək və görmədiyiniz qo­şunlar gön­dər­miş­dik. Allah si­zin nə etdiyinizi görür.

Təfsir

Ey Allaha iman gətirən və Onun şəriətini yerinə yetirən kimsələr! Alla­hın sizə bəxş etdiyi nemətləri xa­tır­la­yın. O za­man ki, düşmən ordusu ittifaq edib, sizi öldürmək üçün Mədinəyə gəlmiş, münafiqlər və yəhudilər də bu işdə onlara yardım etmişdi. Biz də Peyğəmbərə (səllallahu aleyhi və səlləm) qələbə bəxş etmək üçün onların üs­tü­nə qasırğalı külək və sizin görmədiyiniz mələklərdən ibarət əsgərlər göndərmişdik. O zaman kafirlər dönüb qaçmış və müqavimət göstərməyə qadir olmamışdılar. Allah si­zin nə etdiyinizi görür. Heç bir şey Ondan gizli qalmaz. O, sizə etdiyiniz əməllərin əvəzini verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu