Surə 33 · Cüz 21
Al-Ahzab · 33:8
لِيَسْأَلَ الصَّادِقِينَ عَنْ صِدْقِهِمْ ۚ وَأَعَدَّ لِلْكَافِرِينَ عَذَابًا أَلِيمًا
8. Belə etmişik ki, Allah doğru danışanlardan doğruluqları barədə soruşsun, kafirlər üçün isə ağrılı-acılı bir əzab hazırlasın.
Təfsir
Allah peyğəmbərlərdən belə möhkəm əhd almışdı ki, Allah doğru danışan o peyğəmbərlərdən doğruluqları barədə soruşub kafirləri alçaltsın. Allahı və Onun peyğəmbərlərini inkar edən kafirlər üçün isə Allah qiyamət günü ağrılı-acılı bir əzab - Cəhənnəm atəşi hazırlamışdır.