Surə 33 · Cüz 21
Al-Ahzab · 33:7
وَإِذْ أَخَذْنَا مِنَ النَّبِيِّينَ مِيثَاقَهُمْ وَمِنْكَ وَمِنْ نُوحٍ وَإِبْرَاهِيمَ وَمُوسَىٰ وَعِيسَى ابْنِ مَرْيَمَ ۖ وَأَخَذْنَا مِنْهُمْ مِيثَاقًا غَلِيظًا
7. Bir zaman Biz peyğəmbərlərdən əhd almışdıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq.
Təfsir
Ey Peyğğəmbər! Xatırla ki, bir zaman Biz peyğəmbərlərdən möhkəm bir əhd almışdıq ki, yalnız Allaha ibdaət etsinlər və heç bir şeyi Ona şərik qoşmasınlar, üstəlik, onlara vəhy ediləni təbliğ etsinlər. Xüsusi olaraq səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan da belə bir əhd almışdıq. Biz onlardan, Allahın risaləsini təbliğ etmək xüsusunda əmanəti yerinə yetirəcəklərinə dair möhkəm bir əhd almışdıq.