Surə 33 · Cüz 21

Al-Ahzab · 33:6

النَّبِيُّ أَوْلَىٰ بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ ۖ وَأَزْوَاجُهُ أُمَّهَاتُهُمْ ۗ وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ مِنَ الْمُؤْمِنِينَ وَالْمُهَاجِرِينَ إِلَّا أَنْ تَفْعَلُوا إِلَىٰ أَوْلِيَائِكُمْ مَعْرُوفًا ۚ كَانَ ذَٰلِكَ فِي الْكِتَابِ مَسْطُورًا

6. Peyğəmbər möminlərə on­ların öz­lə­rindən daha yaxın­dır. Zöv­cələri isə mö­minlərin ana­larıdır. Qohumlar Allahın ya­zı­sına gö­rə bir-birlərinə mö­min­lər­dən və mühacirlərdən daha yaxın­dır­lar. Dostlarınıza yax­şı­lıq etmək isə istis­na­dır. Bunlar Kitabda ya­zıl­mışdır.

Təfsir

Muhəmməd peyğəmbər (səllallahu aleyhi və səlləm) möminlərə - onları dəvət etdiyi hər bir şeydə - on­ların öz­lə­rindən daha yaxın­dır. Hətta özləri başqa şeyə meyl etsələr belə. Onun zöv­cələri isə mö­minlərin hamısının ana­ları sayılırlar. Belə ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) vəfatından sonra möminlərə onlardan biri ilə evlənmək haram edilmişdir. Qohumlar varislik məsələsində Allahın hökmünə görə bir-birlərinə iman əhlindən və Allah yolunda hicrət edən kimsələrdən daha yaxın­dır­lar. O kəslər ki, İslamın əvvəlində bir-birilərinə varis olmuş, lakin sonradan bu hökm ləğv edilmişdir. Ey möminlər! Varislərinizdən başqa öz dostlarınıza yax­şı­lıq etməyiniz isə istis­na­dır. Bunu edə bilərsiniz. Bu hökm, lövhi-məhfuzda yazılmışdır deyə buna əməl etməyiniz vacibdir.

Oxuyucuda aç - Surəni tam oxu