Surə 33 · Cüz 22

Al-Ahzab · 33:72

إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَنْ يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنْسَانُ ۖ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا

72. Biz əmanəti göylərə, ye­rə və dağ­lara təklif etdik. On­lar onu da­şımaqdan qorxub im­tina etdilər. Lakin insan onu boynuna gö­tür­dü. Doğrudan da, o, za­lım və cahildir.

Təfsir

Biz şəri hökmləri yerinə yetirməyi, mal-dövləti və sirləri qorumağı göylərə, ye­rə və dağ­lara təklif etdik. On­lar onu daşımaqdan im­tina etdilər və onun aqibətindən qorxdular. İnsan onu boynuna gö­türdü. Doğrudan da, o, nəfsinə zülm edən və bunun aqibətini bilməyən cahildir.

Oxuyucuda aç - Surəni tam oxu