Surə 33 · Cüz 22

Al-Ahzab · 33:73

لِيُعَذِّبَ اللَّهُ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْمُشْرِكِينَ وَالْمُشْرِكَاتِ وَيَتُوبَ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

73. Bu əmanət insana ona görə verildi ki, Allah münafiq ki­şilə­ri və mü­nafiq qadınları, müş­rik kişiləri və müşrik qa­dınları cə­za­lan­dır­sın, mömin kişilərin və mömin qadınların tövbələ­rini qəbul etsin. Allah Bağış­la­yandır, Rəhmlidir.

Təfsir

Allahın yazdığı qədərə görə bu əmanət insana ona görə verildi ki, Allah münafiq ki­şilə­ri və mü­nafiq qadınları nifaqlarına görə, müş­rik kişiləri və müşrik qa­dınları da Allaha şərik qoşdularına görə cəzalan­dır­sın, habelə, şəri hökmləri əhatə edən bu əmanəti layiqincə daşıyan mömin kişilərin və mömin qadınların tövbələ­rini qəbul etsin. Allah Öz qullarından tövbə edən kimsələrin günahlarını bağış­la­yandır, onlara rəhm edəndir.

Oxuyucuda aç - Surəni tam oxu