Surə 33 · Cüz 21
Al-Ahzab · 33:17
قُلْ مَنْ ذَا الَّذِي يَعْصِمُكُمْ مِنَ اللَّهِ إِنْ أَرَادَ بِكُمْ سُوءًا أَوْ أَرَادَ بِكُمْ رَحْمَةً ۚ وَلَا يَجِدُونَ لَهُمْ مِنْ دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا
17. De: “Əgər Allah sizə bir pislik etmək istəyərsə, sizi Ondan kim qoruya bilər? Ya da sizə bir yaxşılıq etmək istəsə, Ona kim mane ola bilər?” Onlar özləri üçün Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər.
Təfsir
Ey Peyğəmbər! Onlara de: “Əgər Allah sizin xoşlamadığınız halda ölməyinizi və ya öldürülməyinizi istəyərsə, yaxud sizə istədiyiniz salamatlığı və xeyri nəsib etmək istəyərsə, buna kim mane ola bilər?!” Heç kəs buna mane ola billməz. O münafiqlər özləri üçün Allahdan başqa nə işlərini yoluna qoya biləcək bir himayəçi, nə də onları Allahın əzabından qoruyacaq bir yardımçı tapa bilərlər.