Surə 33 · Cüz 21

Al-Ahzab · 33:18

۞ قَدْ يَعْلَمُ اللَّهُ الْمُعَوِّقِينَ مِنْكُمْ وَالْقَائِلِينَ لِإِخْوَانِهِمْ هَلُمَّ إِلَيْنَا ۖ وَلَا يَأْتُونَ الْبَأْسَ إِلَّا قَلِيلًا

18. Allah aranızdan camaatı cihaddan çəkindirənləri və öz qar­daş­larına: “Bizə qoşulun!”– deyənləri tanıyır. Onlar na­dir hallarda dö­yü­şə qatılırlar.

Təfsir

Allah sizlərdən camaatı Rəsulullah - səllallahu aleyhi və səlləm - ilə birlikdə cihad etməkdən çəkindirənləri və öz qar­daş­larına: “Gəlin bizim yanımıza, onunla birlikdə vuruşmayın ki, öldürülməyəsiniz. Biz sizin ölməyinizdən ehtiyat edirik”– deyənləri tanıyır. Bu rəzil kimsələr çox nadir hallarda döyü­şə qatılırlar. Bunu da, Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - kömək etmək məqsədi ilə yox, sadəcə öz abır-həyalarını qorumaq xatirinə edirlər.

Oxuyucuda aç - Surəni tam oxu