Surə 33 · Cüz 21

Al-Ahzab · 33:19

أَشِحَّةً عَلَيْكُمْ ۖ فَإِذَا جَاءَ الْخَوْفُ رَأَيْتَهُمْ يَنْظُرُونَ إِلَيْكَ تَدُورُ أَعْيُنُهُمْ كَالَّذِي يُغْشَىٰ عَلَيْهِ مِنَ الْمَوْتِ ۖ فَإِذَا ذَهَبَ الْخَوْفُ سَلَقُوكُمْ بِأَلْسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى الْخَيْرِ ۚ أُولَٰئِكَ لَمْ يُؤْمِنُوا فَأَحْبَطَ اللَّهُ أَعْمَالَهُمْ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا

19. Çünki sizə qarşı xəsislik edirlər. Onlara qorxu gəldik­də, ölüm ayağında bayılan adam kimi, dönüb sənə bax­dıq­larını gö­rür­sən. Qorxu keçib getdik­də isə qənimətdə xəsislik edib acı dil­lə­ri ilə səni sancırlar. On­lar iman gətir­məmiş­lər. Allah da onların əməl­lərini puç et­miş­dir. Bu, Allah üçün asan­dır.

Təfsir

Ey möminlər! Onlar sizə qarşı xəsislik edib öz mallarından sizə yardım etmirlər. Həmçinin, canları ilə xəsislik edib sizinlə birlikdə vuruşmurlar. Habelə, dostluq baxımından xəsislik edib sizinlə dost olmurlar. Düşmənlə qarşılaşdıqda onlara qorxu gəldiyi zaman, ölüm ayağında bayılan adam kimi, qorxudan dönüb sənə bax­dıq­larını gö­rür­sən, ey Peyğəmbər. Qorxu keçib getdik­də və arxayın olduqda isə qənimətə tamah salıb onu tələb etmək xüsusunda acı dil­lə­ri ilə sənə əziyyət verirlər. Bu vəsfləri özlərində əks etdirən o kəslər haqqı ilə iman gətirməmiş­lər. Odur ki, Allah onların əməl­lərininin savabını puç etmişdir. Onların əməl­lərininin savabını puç etmək Allah üçün asan­dır.

Oxuyucuda aç - Surəni tam oxu