Surə 33 · Cüz 21

Al-Ahzab · 33:20

يَحْسَبُونَ الْأَحْزَابَ لَمْ يَذْهَبُوا ۖ وَإِنْ يَأْتِ الْأَحْزَابُ يَوَدُّوا لَوْ أَنَّهُمْ بَادُونَ فِي الْأَعْرَابِ يَسْأَلُونَ عَنْ أَنْبَائِكُمْ ۖ وَلَوْ كَانُوا فِيكُمْ مَا قَاتَلُوا إِلَّا قَلِيلًا

20. Münafiqlər müttəfiqlərin çıxıb get­mədiklərini güman edir­lər. Əgər müt­tə­fiqlər bir də gəlmiş olsaydı, onlar bə­dəvilər ara­sın­da kö­çəri həyat sürüb ba­rənizdəki xəbərləri soruşub öy­rənmək is­tə­yərdilər. Hərgah ara­nızda olsaydılar, ancaq aza­­cıq döyüşərdilər.

Təfsir

O qorxaqlar müttəfiqlərin Rəsulullaha (səllallahu aleyhi və səlləm) və möminlərə qarşı vuruşacaqlarını və möminlərin kökünü kəsməyincə əsla çıxıb ge­məyəcəklərini zənn edir­lər. Əgər müt­tə­fiqlər bir daha hücum etmiş olsaydılar, o münafiqlər Mədinədən çıxıb bə­dəvilər ara­sın­da kö­çəri həyat sürər və düşmənlə döyüşdən sonra başınıza nələr gəldiyi barədə xəbərləri soruşub öy­rənmək is­tə­yərdilər. Ey möminlər! Əgər onlar ara­nızda olsaydılar, sadəcə bir az döyüşərdilər. Odur ki, onlara məhəl qoymayın və onlara görə heyifsilənməyin.

Oxuyucuda aç - Surəni tam oxu