Surə 33 · Cüz 21

Al-Ahzab · 33:21

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا

21. Allahın Rəsulu sizlərə – Allaha və Axirət gününə ümi­dini bağ­layanlara və Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir.

Təfsir

Allahın rəsulunun -səllallahu aleyhi və səlləm- dediklərində və etdiklərində sizlərə gözəl nümu­nə­ vardır. Belə ki, o, öz şərafətli canı lə döyüşdə iştirak etmişdir. Bundan sonra siz niyə öz canınızı -Allah yolunda vuruşmaqdan- əsirgəyirsiniz? Allahın rəsulu -səllallahu aleyhi və səlləm- Allaha mükafatına, rəhmətinə və Axirət gününə ümi­dini bağlayanlara, o gün üçün çalışanlara və həmçinin Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir. Allaha və Axirət gününə ümidini bağlamayanlara və Allahı çox zikr etməyənlərə gəlincə, onlar Allah rəsulunu -səllallahu aleyhi və səlləm- özlərinə nümunə etməzlər.

Oxuyucuda aç - Surəni tam oxu