Surə 33 · Cüz 21
Al-Ahzab · 33:22
وَلَمَّا رَأَى الْمُؤْمِنُونَ الْأَحْزَابَ قَالُوا هَٰذَا مَا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ وَصَدَقَ اللَّهُ وَرَسُولُهُ ۚ وَمَا زَادَهُمْ إِلَّا إِيمَانًا وَتَسْلِيمًا
22. Möminlər müttəfiqləri (düşmən dəstələrini) gördükdə: “Bu, Allahın və Onun Rəsulunun bizə olan vədidir. Allah və Onun Rəsulu doğru söyləmişlər!”– dedilər. Bu onların yalnız imanını və itaətini artırdı.
Təfsir
Möminlər özlərinə qarşı vuruşmaq üçün toplanmış müttəfiqləri gördükdə dedilər: “Bu, Allahın və Onun rəsulunun bizə vəd etdiyi imtahanı, müsibəti və qələbəsidir. Allah və Onun rəsulu doğru söyləmişlər. Onların söylədiyi gerçəkləşdi.” Müttəfiqləri öz gözləri ilə görmələri onların yalnız Allaha olan imanını və itaətini artırdı.