Surə 33 · Cüz 21

Al-Ahzab · 33:23

مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُمْ مَنْ قَضَىٰ نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ ۖ وَمَا بَدَّلُوا تَبْدِيلًا

23. Möminlərin içərisində Alla­ha et­dikləri əhdə sadiq qa­lan ki­şi­lər var. Onlardan ki­misi əh­di­ni yerinə yetirib şə­hid olmuş, ki­mi­si də şəhid olma­sını göz­ləyir. On­lar əhdlə­rini əsla dəyiş­dir­mə­yib­lər.

Təfsir

Möminlər arasında Alla­ha ver­dikləri əhdə sadiq qa­lan ki­şi­lər var. Onlar Allaha verdikləri sözün üstündə möhkəm durmuş və Allah yolunda olan cihadda səbir etmişlər. Onlardan ki­misi əh­di­ni yerinə yetirib Allah yolunda şəhid olmuş, ki­mi­si də Onun yolunda şəhid olma­sını göz­ləyir. O möminlər Allaha verdikləri əhdi əsla dəyiş­dir­mə­yib­lər, onlar əhdlərini pozan münafiqlər kimi deyillər.

Oxuyucuda aç - Surəni tam oxu