Surə 33 · Cüz 21

Al-Ahzab · 33:24

لِيَجْزِيَ اللَّهُ الصَّادِقِينَ بِصِدْقِهِمْ وَيُعَذِّبَ الْمُنَافِقِينَ إِنْ شَاءَ أَوْ يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا

24. Bu ona görədir ki, Allah doğru da­nışanları doğruluqla­rına gö­rə mükafat­lan­dırsın, mü­na­fiqlərə də ya istəsə əzab versin, ya da on­ların tövbə­ləri­ni qəbul etsin. Həqiqətən, Allah Bağış­layandır, Rəhm­lidir.

Təfsir

Bu ona görədir ki, Allah doğru da­nışanları - Allaha verdikləri əhdi yerinə yetirənləri doğruluqla­rına və əhdi yerinə yetridiklərinə gö­rə mükafatlandırsın, əhdlərini pozan mü­na­fiqlərə isə, küfrlərinə tövbə etməzdən əvvəl onları öldürməklə əzab versin, ya da on­ları tövbə etməyə müvəffəq etməklə tövbə­ləri­ni qəbul etsin. Həqiqətən, Allah, günahlarına görə tövbə edən kimsəni bağış­layar, ona rəhm edər.

Oxuyucuda aç - Surəni tam oxu