Surə 33 · Cüz 22
Al-Ahzab · 33:51
۞ تُرْجِي مَنْ تَشَاءُ مِنْهُنَّ وَتُؤْوِي إِلَيْكَ مَنْ تَشَاءُ ۖ وَمَنِ ابْتَغَيْتَ مِمَّنْ عَزَلْتَ فَلَا جُنَاحَ عَلَيْكَ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَنْ تَقَرَّ أَعْيُنُهُنَّ وَلَا يَحْزَنَّ وَيَرْضَيْنَ بِمَا آتَيْتَهُنَّ كُلُّهُنَّ ۚ وَاللَّهُ يَعْلَمُ مَا فِي قُلُوبِكُمْ ۚ وَكَانَ اللَّهُ عَلِيمًا حَلِيمًا
51. Onlardan istədiyinin səninlə gecələmək növbəsini təxirə sala bilərsən, istədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini yenidən öz yanına almaq istəsən sənə heç bir günah olmaz. Bu, onların sevinmələri, kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah hər şeyi biləndir, həlimdir.
Təfsir
Ey Peyğəmbər, zövcələrindən istədiyinin səninlə gecələmək növbəsini təxirə sala bilərsən, onlardan istədiyini də öz yanına ala bilərsən ki, gecəni səninlə keçirsin. Özündən ayırdıqlarından hansı birini yenidən öz yanına almaq istəsən, buna görə sənə heç bir günah olmaz. Onların növbəsini təxirə salmaq və sənə belə imkan yaratmaq, zövcələrinin sevinmələri və sənin onların hamısına verdiyindən razı qalmaları üçün daha münasibdir. Onlar bilsinlər ki, sən öz öhdənə düşən vacibi tərk etməmisən və heç kəsin haqqına girməmisən. Ey kişilər, Allah sizin qəlbinizdə olanları - qadınlarınızdan bəzisinə meyl edib digərlərini tərk etdiyiniz bilir. Allah Öz qullarının nə əməllər etdiklərini bilir, heç bir şey Ondan gizli qalmır, üstəlik, həlimdir, onları (günahlarına görə) dərhal cəzalandırmır ki, bəlkə Ona tövbə edələr.