Surə 33 · Cüz 22
Al-Ahzab · 33:52
لَا يَحِلُّ لَكَ النِّسَاءُ مِنْ بَعْدُ وَلَا أَنْ تَبَدَّلَ بِهِنَّ مِنْ أَزْوَاجٍ وَلَوْ أَعْجَبَكَ حُسْنُهُنَّ إِلَّا مَا مَلَكَتْ يَمِينُكَ ۗ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ رَقِيبًا
52. Bundan sonra başqa qadınlarla evlənmək, gözəllikləri səni heyran etsə də, onları başqa qadınlarla dəyişmək sənə halal deyildir. Sahib olduğun cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir.
Təfsir
Ey Peyğəmər, ixtiyarında olan zövcələrindən başqa qadınlarla evlənmək, onların hamısını yaxud bir qismini boşayıb əvəzinə başqa qadınlar almaq, - hətta o qadınların gözəllikləri səni heyran etsə də, - sənə halal deyil. Sahib olduğun cariyələr isə istisnadır, onlardan istədiyin qədər ala bilərsən. Allah hər şeyə nəzarət edəndir. Bu hökm möminlərin analarının fəzilətinə dəlalət edir. Belə ki, onların boşanması və başqasına ərə getməsi qadağan edilmişdir.