Surə 33 · Cüz 22
Al-Ahzab · 33:53
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ إِلَّا أَنْ يُؤْذَنَ لَكُمْ إِلَىٰ طَعَامٍ غَيْرَ نَاظِرِينَ إِنَاهُ وَلَٰكِنْ إِذَا دُعِيتُمْ فَادْخُلُوا فَإِذَا طَعِمْتُمْ فَانْتَشِرُوا وَلَا مُسْتَأْنِسِينَ لِحَدِيثٍ ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ يُؤْذِي النَّبِيَّ فَيَسْتَحْيِي مِنْكُمْ ۖ وَاللَّهُ لَا يَسْتَحْيِي مِنَ الْحَقِّ ۚ وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِنْ وَرَاءِ حِجَابٍ ۚ ذَٰلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ ۚ وَمَا كَانَ لَكُمْ أَنْ تُؤْذُوا رَسُولَ اللَّهِ وَلَا أَنْ تَنْكِحُوا أَزْوَاجَهُ مِنْ بَعْدِهِ أَبَدًا ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ عِنْدَ اللَّهِ عَظِيمًا
53. Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu hərəkətiniz Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını sizə bəyan etməkdən utanmır. Peyğəmbərin zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır.
Təfsir
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr, sizə yeməyə izin verilməyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib oturub yeməyin hazırlanmasını da gözləməyin. Lakin yeməyə dəvət olunduğunuzda girin və yemək yedikdən sonra orada oturub bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu hərəkətiniz Peyğəmbəri (səllallahu aleyhi və səlləm) narahat edir və o sizdən çıxıb getmənizi tələb etməyə utanır. Allah isə haqq sözü deməkdən utanmır. Elə buna görə də, sizə çıxıb getməyi əmr edir ki, bununla Peyğəmbərə (səllallahu aleyhi və səlləm) əziyyət verməyəsiniz. Peyğəmbərin zövcələrindən bir şey - məsələn, qab və s. istədikdə, onu pərdə arxasından istəyin, onlarla üzbəüz durub istəməyin ki, sizin gözləriniz onları görməsin. Belə edin ki, Allahın rəsuluna (səllallahu aleyhi və səlləm) ehtiram əlaməti olaraq onları qorumuş olasınız. İstədiyinizi pərdə arxasından istəmək həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Belə edin ki, şeytan həm sizin, həm də onların qəlbinə vəsvəsə verib sizi yaramaz işlər görməyə təşviq etməsin. Ey möminlər, sizə Allahın rəsulunun evində çox oturmaqla ona əziyyət vermək, habelə, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yaraşmaz. Çünki onlar möminlərin analarıdır. Heç kəsə də, öz anası ilə evlənmək caiz deyil. Peyğəmbərin vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək kimi əziyyət vermək haram buyurulub və bu, Allah yanında böyük günah sayılır.