Surə 33 · Cüz 22
Al-Ahzab · 33:46
وَدَاعِيًا إِلَى اللَّهِ بِإِذْنِهِ وَسِرَاجًا مُنِيرًا
46. Səni həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq kimi göndərdik.
Təfsir
Səni həm də Allahın əmri ilə Onun tovhidinə və itaətinə dəvət edən, habelə, doğru yola gəlmək istəyən hər kəsin yoluna nur saçan bir çıraq olaraq göndərdik.