Surə 33 · Cüz 22

Al-Ahzab · 33:47

وَبَشِّرِ الْمُؤْمِنِينَ بِأَنَّ لَهُمْ مِنَ اللَّهِ فَضْلًا كَبِيرًا

47. Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır.

Təfsir

Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən möminlərə sevindirici xəbər ver ki, onlara pak və müqəddəs Allah tərəfindən böyük bir lütf nəsib olacaq. Belə ki, onlar bu dünyada zəfər çalacaq, axirətdə də Cənnətə daxil olmaqla uğur qazanacaqlar.

Oxuyucuda aç - Surəni tam oxu