Surə 33 · Cüz 22
Al-Ahzab · 33:45
يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَرْسَلْنَاكَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا
45. Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik.
Təfsir
Ey Peyğəmbər! Həqiqətən, Biz səni elçi göndərdik ki, sənə həvalə edilmiş risaləti insanlara təbliğ etdiyinə dair onların əleyhinə şahidlik edəsən, aralarındakı möminlərə Allahın onlara Cənnəti hazırladığı barədə müjdə verəsən, kafirləri də, Allahın onlar üçün hazırladığı azabla qorxudasan.