Surə 33 · Cüz 22
Al-Ahzab · 33:38
مَا كَانَ عَلَى النَّبِيِّ مِنْ حَرَجٍ فِيمَا فَرَضَ اللَّهُ لَهُ ۖ سُنَّةَ اللَّهِ فِي الَّذِينَ خَلَوْا مِنْ قَبْلُ ۚ وَكَانَ أَمْرُ اللَّهِ قَدَرًا مَقْدُورًا
38. Allahın Peyğəmbərə halal buyurduğu bir şeydə ona heç bir günah gəlməz. Öncə gəlib-gedənlər haqqında da Allahın qayda-qanunu belə idi. Allahın əmri əzəldən müəyyən edilmiş bir hökmdür.
Təfsir
Allahın Muhəmməd peyğəmbərə (səllallahu aleyhi və səlləm) halal buyurduğu işdə - oğulluğa götürdüyü Zeydin boşadığı qadını ilə evlənməkdə ona heç bir günah və sıxıntı olmaz. Peyğəmbər bu işdə, öncə gəlib-getmiş peyğəmbərlərin sünnəsinə tabedir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bu işi görən ilk peyğəmbər deyil. Allahın belə bir hökm verməsi - bu evliliyin tamamlaması və bir də oğulluğa götürülmüş kimsənin oğul sayılmasının qadağan edilməsi, peyğəmbərin öz fikri və öz seçimi ilə deyil, məhz Allahın əzəldən müəyyən edtiyi bir hökmü ilədir.