Surə 33 · Cüz 22

Al-Ahzab · 33:37

وَإِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللَّهَ وَتُخْفِي فِي نَفْسِكَ مَا اللَّهُ مُبْدِيهِ وَتَخْشَى النَّاسَ وَاللَّهُ أَحَقُّ أَنْ تَخْشَاهُ ۖ فَلَمَّا قَضَىٰ زَيْدٌ مِنْهَا وَطَرًا زَوَّجْنَاكَهَا لِكَيْ لَا يَكُونَ عَلَى الْمُؤْمِنِينَ حَرَجٌ فِي أَزْوَاجِ أَدْعِيَائِهِمْ إِذَا قَضَوْا مِنْهُنَّ وَطَرًا ۚ وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا

37. Bir zaman Allahın ne­mət verdiyi və sənin özünün nemət ver­diyin Zeydə: “Zövcəni öz ya­nında saxla, Allahdan qorx!”– de­yir­din. Alla­hın aşkar edəcə­yi şeyi ürəyində gizli sax­la­yır və insan­lar­dan çəkinirdin. Hal­buki əs­lində qorx­malı oldu­ğun məhz Allah­dır. Zeyd zövcəsini boşadıqda səni onun­la evlən­dir­dik ki, oğul­luq­ları öv­rətlərini bo­şadıqları za­man o qadınlarla evlən­mək­də mö­min­lərə heç bir sıxıntı ol­masın. Allahın əmri mütləq ye­rinə ye­tə­cək­.

Təfsir

Ey Peyğəmbər, bir zaman Allahın İslam ne­məti bəxş etdiyi və sənin azad etdiyin Zeyd ibn Harisə (radiyallahu anhumə) sənin yanına gəlib zövcəsi Zeynəb bint Cəhşi boşamaq xüsusunda səninlə məşvərət etdikdə, sən ona: “Zövcəni öz ya­nında saxla, onu boşama və Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorx!”– demişdin. Ey Peyğəmbər, Alla­hın sənə vəhy etdiyi - sənə Zeynəblə evlənməyi buyurduğunu ürəyində gizli sax­la­yır və insan­lar­dan çəkinirdin. Allah Zeydin onu boşayacağını, sonra da, sənin onunla evlənəcəyini aşkara çıxaracaq. Əs­lində, bu işdə qorxmalı oldu­ğun məhz Allah­dır. Zeydin nəfsi zövcəsini istəmədikdə və artıq onu boşadıqda, Biz səni Zeynəblə evlən­dir­dik ki, oğul­luq­ları öv­rətlərini bo­şadıqdan və onların gözləmə müddəti başa çatdıqdan sonra o qadınlarla evlən­mək­də mö­min­lərə heç bir günah ol­masın. Allahın əmri mütləq ye­rinə ye­tə­cək­. Heç bir şey ona mane olmaz və onun qarşısı alınmaz.

Oxuyucuda aç - Surəni tam oxu