Surə 33 · Cüz 22

Al-Ahzab · 33:36

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ ۗ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُبِينًا

36. Allah və Onun Rəsulu bir işə hökm verdiyi zaman heç bir mö­min kişi və mö­min qa­dın öz işlərində istədikləri qə­­rarı verə bil­məz­lər. Allaha və Onun Rəsuluna asi olan kəs, əl­bəttə ki, açıq-ay­dın az­ğınlığa düşmüşdür.

Təfsir

Allah və Onun Rəsulu mömin kişilər və mömin qadınlar arasında bir işə hökm verdikdə, onlardan heç birinin bu hökmü qəbul etmək və ya inkar etmək ixtiyarı ola bilməz. Allaha və Onun Rəsuluna asi olan kəs, əlbəttə ki, haqq yoldan açıq-aydın azmış olar.

Oxuyucuda aç - Surəni tam oxu