Surə 33 · Cüz 22

Al-Ahzab · 33:39

الَّذِينَ يُبَلِّغُونَ رِسَالَاتِ اللَّهِ وَيَخْشَوْنَهُ وَلَا يَخْشَوْنَ أَحَدًا إِلَّا اللَّهَ ۗ وَكَفَىٰ بِاللَّهِ حَسِيبًا

39. Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allah­dan başqa heç kəsdən qorx­murdular. Allah Özü haqq-hesab çək­mə­yə yetər.

Təfsir

O peyğəmbərlər özlərinə nazil edilmiş Allahın risalətlərini öz ümmətlərinə təbliğ edir, pak və uca Allahdan başqa heç kəsdən qorxmur və Allahın onlara halal buyurduğu bir işi gördükdə, heç kəsin iradına məhəl qoymurdular. Allah Öz qullarının əməllərini haqq-hesab çək­mə­yə və etdikləri əməllərini əvəzini, yaxşı əməlin mükafatını, pis əməlin də cəzasını verməyə yetər.

Oxuyucuda aç - Surəni tam oxu