Surə 33 · Cüz 22

Al-Ahzab · 33:40

مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَٰكِنْ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ ۗ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا

40. Muhəmməd aranızdakı kişilər­dən heç birinin atası de­yil. La­kin o, Allahın rəsulu və peyğəmbərlərin so­nun­cu­su­­dur. Allah hər şeyi bilir.

Təfsir

Muhəmməd aranızdakı kişilər­dən heç birinin atası de­yil. O, Zeydin atası deyil ki, Zeyd öz zövcəsini boşadıqdan sonra onunla evlənmək ona haram sayılsın. La­kin o, Allahın insanlara göndərdiyi rəsulu və peyğəmbərlərin so­nun­cu­su­­dur. Ondan sonra peyğəmbər gəlməyəcək. Allah hər şeyi bilir. Qullarının əməllərindən heç biri Ondan gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu