Surə 33 · Cüz 22
Al-Ahzab · 33:34
وَاذْكُرْنَ مَا يُتْلَىٰ فِي بُيُوتِكُنَّ مِنْ آيَاتِ اللَّهِ وَالْحِكْمَةِ ۚ إِنَّ اللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا
34. Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır, hər şeydən Xəbərdardır.
Təfsir
Evlərinizdə oxunan Allahın Öz rəsuluna nazil etdiyi ayələrini və Rəsulullahın pak sünnəsini yada salın. Həqiqətən, Allah sizi Öz peyğəmbərinin ev əhlindən olmağı nəsib etməklə sizə lütf göstərmiş, üstəlik, sizi seçib Öz peyğəmbərinin zövcələri və onun ümmətinin möminlərinin anaları etməklə (sizin hər bir işinizdən) xəbərdardır.