Surə 33 · Cüz 22
Al-Ahzab · 33:33
وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَىٰ ۖ وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
33. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.
Təfsir
Evlərinizdə qərar tutun! Ehtiyac olmadığı halda evinizdən bayıra çıxmayın və ilk cahiliyyə dövründə qadınların, kişilərin onlara meyil etmələri üçün öz gözəlliklərini kişilərə göstərdikləri kimi, gözəlliyinizi (yad kişilərə) göstərməyin. Namazı tam şəkildə qılın, malınızın zəkatını verin, Allaha və Onun Rəsuluna itaət edin! Pak və müqəddəs Allah, əziyyəti və pisliyi sizdən uzaq etmək istəyir. Ey Rəsulullahın zövcələri və ey onun ev əhli, Allah sizin qəlbinizi gözəl əxlaqla bəzəməklə və qəlbinizdəki günahları silib aparmaqla onu kamil şəkildə tərtəmiz etmək istəyir ki, bundan sonra orada heç bir mərəz qalmasın.